AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, “Kabus” bölməsinin döyüşçüləri gəminin radio-lokasiya sistemini dron zərbəsi ilə sıradan çıxardılar və AƏD-in hərbçiləri isə raket daşıyıcısına hücum ediblər.
“Zərbələr nəticəsində Temryuk körfəzindəki “Kalibr”lərin potensial buraxılışı sahəsindəki gəmi zədələnərək döyüş növbətçiliyi zonasını tərk edib”, - açıqlanan məlumatda vurğulanır.
Xatırladaq ki, dünən axşam saatlarından başlayaraq, Rsuiya və Ukrayna bir-birinin ərazisinə
qarşılıqlı hava zərbələri endiriblər.
Sahil İsgəndərov
AzVision.az